Gələn ildən Azərbaycanda yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib.
Yeni qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir. Nazirlər Kabineti müvafiq olaraq 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ni ləğv edib.
Nazirlər Kabineti gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli fərmanına və “Gömrük tarifi haqqında” qanunun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli fərmanına əsasən belə bir qərar qəbul edib.
MilliYol.Az
Digər xəbərlər
loading...