Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları bu gün gecəyarısından Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.
Məlumata görə, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
Hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir. Hazırda xüsusi təyinatlılar şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar.
“Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam etməkdədir”, – deyə İnterpressnews.ge bildirir.
Gürcüstanın “Birinci kanal”ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
“Rustai-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...