Türkiyə NATO ilə münasibətləri kəsmək niyyətində deyil
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın söyləyib. Onun sözlərinə görə, Norveçdəki son insident Ankaranın NATO siyasətini dəyişməyəcək.
O, Türkiyənin bu məsələni tam, ətraflı öyrənilməsini tələb etdiyini bildirib.
Qeyd edək ki, Norveçdə keçirilən NATO təlimləri zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Türkiyə təlimdə iştirak edən əsgərlərini dərhal geri çağırıb və NATO-dan izahat tələb edib.
Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib. Norveç və NATO Türkiyədən üzr istəyib.
MilliYol.Az
Digər xəbərlər
loading...