Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub
Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi üstünlük təşkil edib, 19 dərəcəyədək isti müşahidə edilib.
Belə hava şəraitinin əvvəlki illərdə noyabr ayının ayrı-ayrı günlərində müşahidə edildiyini deyən G.Məmmədova qeyd edib ki, sabahdan başlayaraq, ölkə ərazisində havanın temperaturu 5-7 dərəcə enəcək. Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasına yaxın olacaq.
Qeyd edək ki, sabah qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...