Azərbaycan Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə erməni əsgərlərin 22 il ərzində "yaşayışı üçün" yaradılmış şəraitin əks olunduğu fotoları yayıb.
Nazirliyin mətbuat xidmətindən "Milli Yol"a verilən məlumatda qeyd olunur ki, tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı vəziyyətdə olduğunu bu fotolar açıq aydın göstərir: "Fərq müqayisədə daha aydın görünür. Amma təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməz dərəcədədir".
Digər fotolarda isə aprel ayının əvvəlində işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...