Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşması nəticəsində xəsarət alan şəxslərdən daha biri ölüb
APA-nın yerli bürosunun xəbərinə görə, hadisədə xəsarət alan sürücü, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu Sabirabad Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Qeyd edək ki, hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölmüş, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər almışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...