Ölkə futbolunda maliyyə probleminin yaşandığı bir vaxtda “Şuşa-Qarabağ”ın yenidən fəaliyyətini bərpa etməsi bir qədər gözlənilməz oldu.
Artıq futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış etməsi təsdiqlənmək üzrə olan şuşalılar bir sonrakı il üçün Premyer Liqanı hədəfləyir.
Bəs, görəsən, komandanın sponsoru kimdi? Ümumiyyətlə, Şuşa təmsilçisinin arxasında kimlər dayanır?
Qaynarinfo.az məsələ ilə bağlı özəl məlumatlar əldə edib.
Əldə etdiyimiz məlumata görə, “Şuşa-Qarabağ”a yeni mövsümdən etibarən “BİO-AQRO NS” şirkəti sponsorluq edəcək. Bu şirkət Azərbaycanla yanaşı, bir sıra ölkələrdə də fəaliyyət göstərir. Sözügedən şirkətin təsisçiləri isə Seymur Məmmədovla Nail Feyzullayevdi. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun böyük qardaşı Fərahim Məmmədovun oğlu olan Seymur bəy “Şuşa-Qarabağ”da vitse-prezident vəzifəsində çalışacaq. O, eyni zamanda ölkə başçısı İlham Əliyevin xalası oğludur. Nail Feyzullayevə gəlincə, klubun dəstəkçisi Rusiyada iş adamı, zavod direktoru kimi tanınır.
Klubun yeni prezidenti Güləli Bağırov da “yuxarılar”a yaxınlığı ilə bilinir. İctimaiyyətdə vəkil kimi tanınan Bağırovun həm də xüsusi şöbənin işçisi olduğu deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...