“YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) ilə İŞİD arasındakı anlaşmadan beynəlxalq koalisiya xəbərdardır”
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Türkiyədəki səfiri Riçard Mur bildirib.
“Suriyanın Raqqa bölgəsində YPG ilə İŞİD arasındakı anlaşmadan xəbərdarıq. Bu qərar ərazidəki qruplar tərəfindən əldə edilib. Bundan koalisiyanın xəbəri var idi. Ancaq mane ola bilmədi”, – səfir vurğulayıb.
Riçard Mur NATO təlimlərində baş verən son qalmaqala da münasibət bildirib: “Türkiyəni başa düşürəm. Ancaq bu, NATO-nun deyil, bir nəfərin əməlidir. NATO məsələ ilə bağlı çox qısa zamanda üzr istədi”.
Səfir Türkiyənin NATO-dan uzaqlaşdığı iddiasının “gülünc” olduğunu söyləyib.
O, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasını da rəsmi Ankaranın öz işi olduğunu söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...