Türkiyədə yaşayan azərbaycanlı milyarder, "Palmalı" holdinqinin rəhbəri Mübariz Mənsimov Azərbaycan mediasında özü barədə gedən yazılara sosial şəbəkədə münasibət bildirib
Həmin cavab belədir: "Sadəcə, sizə və yalan informasiyalarına gülüb keçirəm. Rusiya bir hüquq dövlətidir, cənablar. Boşuna zəhmət çəkməyin, heç nə alınmayacaq. Sizin bu çirkin yalanlarınızın sifarişçilərinin də kim olduğunu bilirəm".
Qeyd edək ki, son vaxtla M.Mənsimovun barəsində Rusiyada hüquqi araşdırmalar aparıldığı barədə xəbərlər yayılır. Onun rusiyalı milyarder Vahid Ələkbərovla çəkişmədə olduğu və tərəflərin münasibətlərinin son dərəcə gərgin olması barədə də mediada materiallar gedib.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...