“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən heç nə gözləmirdim. Çünk, onun münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməyib”
Bunu AzVision.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Bakı və İrəvana səfərini şərh edərkən deyib.
Zülfüqarov hesab edir ki, Lavrov ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirir: “Onun mövqeyinin dəyişəcəyinə ümid etmirəm. Hesab edirəm ki, Lavrovu danışıqlar prosesindən uzaqlaşdırmaq lazımdır”.
Lavrovun İrəvandan verdiyi bəyanatlara gəlincə, Zülfüqarov deyib: “Onun və erməni həmkarından başqa mövqe gözləməyə dəyməz. Hər şey göz qabağındadır. Münaqişənin həlli ilə bağlı proses yoxdur. Prosesin imitasiyası var. Bunun nə vaxta qədər davam edəcəyini söyləmək çətindir”.
Qeyd edək ki, Lavrov Bakı səfərini başa vuraraq ötən gün Ermənistana gedib. O, bu gün erməni həmkarı Edvard Nalbanyanla görüş keçirib. Lavrov birgə mətbuat konfransında Qarabağ probleminin tezliklə həll olunmayacağını etiraf edib: “Olduqca çətin münaqişədir. Əldə etdiyimiz təcrübə göstərir ki, danışıqlar tezliklə yekunlaşmayacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...