Rusiyanın Perm şəhərində azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb
Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev məlumat verib. O, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunu vəhşicəsinə döyməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.
Diaspor rəhbəri azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı cinayət işi açıldığını da söyləyib. Ç. İsayev E. Hüseynovun artıq üçüncü gündür ki reanimasiyada huşsuz vəziyyətdə olduğunu açıqlayıb: "Etibar çoxlu qan itirib. Hazırda onun qana ehtiyacı var. Artıq üçüncü gündür, huşsuz vəziyyətdə yatır. Diaspor olaraq əlimizdən gələni edirik. Bakıda yaşayan qohumları ilə əlaqə saxlamağa çalışırıq. Artıq yaxın qohumu bizimlə əlaqəyə çıxıb".
MilliYol.Az
Digər xəbərlər
loading...