Rejissor Bayram Fazlının “Gözəl cin” filmində çəkilmək üçün İranda olan türkiyəli aktrisa Nurgül Yeşilçaya İranın Mədəniyyət Nazirliyi tərəfindən veto qoyulub
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, mədəniyyət naziri Abbas Salihi aktrisanın filmdən çıxarılmasını istəyib. Çəkilişləri isfahanda tamamlanan layihənin prodüseri Mehrdad Fərid bununla bağlı açıqlama verib:
“Abbas Salihi mənə və rejissora Nurgül yeşilçayın kadrdan çıxarılmasını istədi. Aktyor heyətində və ya çəkilişlərdə hər hansı dəyişiklik etməyimiz mümkün deyil. Ssenarini İran Kinematoqrafçılar İttifaqına təqdim edəndə lisenziya üçün müraciətimizdə filmdə türk aktrisanın da olacağını açıq şəkildə bildirmişdik. Məsul şəxslər buna baxmayaraq, filmi çəkməyimizə icazə vermişdilər. “Gözəl cin” Türkiyə-İranın ortaq layihəsidir. Filmi 2018-ci ilin fevralında təqdim etməyi düşünürük”.
MilliYol.Az
Digər xəbərlər
loading...