Samir Şərifov: “2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 mlrd.127 milyon manat olacaq”
Keçən ilə nisbətən bu il qeyri-neft sektorunun inkişafı 2,5 faiz artıb. Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı söyləyib. Nazir bildirib ki, cari ilin əvvəlin əvvəlindən başlayaraq, manat ABŞ dollarına nisbətdə 10 faiz möhkəmlənib. “Azərbaycan investisiyalar üçün etibarlı ölkə olaraq qalmaqdadır”, - S.Şərifov bildirib.
2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 mlrd.127 milyon manat olacaq. Bu da cari illə müqayisədə 20 faiz çoxdur. Bunun 9 mlrd. 34 mln. manatı qeyri-neft sektorununun payına düşəcək”. Nazirin sözlərinə görə, Vergilər Nazirlinin xətti ilə 7 milyard manatdan çox, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 2 milyard manatdan artıq gəlir proqnozlaşdırılır.
S.Şərifov deyib ki, manatın dollara nisbətən kəskin ucuzlaşması tütün məmulatlarının və alkoqollu içilərin alış qiyməti kəskin dərəcədə artıb. Ancaq aksiz dərəcələri aşağı düşüb. Növbəti ildə həmin məhsullara aksiz dərəcələrinin iki dəfə artırılması nəzərdə tutulub. Nazir onu da bildirib ki, 2018-ci ildə dövlət büdcəsinin xərcləri 20 mlrd. 906 milyon manat olacaq, yəni cari illə müqayisədə 16 fazi çox olacaq.
S.Şərofov qeyd edbi ki, növbəti ildə Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün 16 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...