Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti “Palmali” şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb
“APA-Economics” “Russia Today” telekanalına istinadən xəbər verir ki, törəmə müəssisə 1 mlrd. rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur.
Bundan öncə, “Palmali”nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub.
Bildirilib ki, o, su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirin məbləğini səhv və ya aşağı göstərib.
MilliYol.Az
Digər xəbərlər
loading...