Masallı rayonu, Şərəfə kənd sakini Həsənova İsmət Süleyman qızı Heydər Əliyev Fondunun prezdenti Mehriban Əliyevaya müraciət edib. MilliYol.Az xəbər verir ki, övladı ağır xəstə olan ana ölkənin I xanımından kömək istəyib.
İsmət Həsənova bildirib ki, artıq 7 yaşlı oğlunun mülaciəsini davam etdirə bilmir: "Nəzərinizə çatdırıram ki, mən evdar qadınam və 4 uşaq anasıyam. Oğlum 2009-cu il təvəllüdlü Həsənov Ayhan Hakim oğlu kəskin leykoz xəstəsidir və 26.12.2015-ci il tarixdən B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya inistutunda müalicə olunur. Həmin vaxtdan indiyə kimi övladımın müalicəsi üçün həftəlik ximoterapiya və digər hallar üçün lazım olan dərmanları apteklərdən almaq üçün bütün əmlakımı satmışam. Qohumlarımdan da çoxlu borc almışam. Artıq övladımın müalicəsini davam etdirməyə və ona lazım olan dərman və iynələri almağa maddi imkanım qalmayıb. Əgər mənə kömək olunmasa, sağalmaq imkanı artan övladımın müalicəsini dayandırmaq məcburiyyətində qalacam".
Masallı sakini övladına kömək edilməsini xahiş edib: "Ayhan sağalıb öz yaşıdları kimi məktəbə gedib həkim olmaq istəyir. Əgər müalicəsi davam edilməsə, onun bu arzusu ürəyində qalacaq. Siz bir ana kimi yəqin ki, mənim bunu düşünüb nələr çəkdiyimi başa düşərsiz. Mənim üç oğlum var. Üç oğul gələcəyin üç əsgəri deməkdir və deməli mən gələcəyin üç əsgər anasıyam. Xahiş edirəm övladımın arzularının ürəyində qalmasına, onun gözünün işığının sönməsinə imkan verməyin. Sizdən xaiş edirəm ki, övladımın müalicə olunub sağalması üçün lazım olan dərmanların alınmasına və lazım olan digər xərclərin ödənilməsinə, ümumiyyətlə övladımın fondun himayəsinə götürülməsinə köməklik göstərəsiniz".
MilliYol.Az
Digər xəbərlər
loading...