Türkiyə həkimləri 35 yaşlı Azərbaycan vətəndaşının boynunda qəfildən meydana gələn və sürətlə böyüyərək bədheybət forma alan şişi uğurlu əməliyyatla kəsib götürüblər
Virtualaz.org xəbər verir ki, Mikayıl Mustafayevin boynunun yan tərəfində meydana gələn şiş 14 ay ərzində sürətlə böyüyərək 8 kiloya çatıb.
“Gecələri yata bilmirdim, yeriyə bilmirdim, paltarlarımı belə çətinliklə geyinirdim. Azərbaycanda çoxsaylı xəstəxanalara, həkimlərə müraciət etdim. Mənə Türkiyəyə getməyi məsləhət gördülər. Türkiyə həkimlərinin yanında məni əlil arabasında gətirdilər, indi xəstəxanadan öz ayağımla çıxıram”-M.Mustafayev bildirir.
Xəstənin üzərində İstanbul Yeni Yüzil Xəstəxanasında aparılan əməliyyat 7 saat davam edib. Əməliyyata başçılıq edən professor Asim Kutlu deyib ki, xəstənin boynundakı şiş başının ölçüsündən iki dəfə böyük idi. “Baş və beyin hərəkətləri ciddi məhdudlaşmışdı. Şiş çölə doğru böyümüşdü və bu, olduqca nadir rast gəlinən bir hal idi. Bizim üçün əsas olanı şişin mümkün qədər təmizlənməsi idi ki, bunu uğurla həyata keçirə bildik”-professor deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...