Argentinanın hərbi dəniz qüvvələrinin məlumatına görə, keçən həftə itmiş sualtı qayığın axtarışına beynəlxalq komanda qoşulub
Qüvvələrin sözçüsü intesiv axtarışların 7 ölkənin təyyarələri və gəmilərinin yardımı ilə 3 dəfə artdığını bəyan edib.
Onun sözlərinə görə, sualtı qayıqla son bağlantı zamanı qayığın mexaniki nazaslığından bəhs edilmişdi. Hazırda Buenos-Ayresdən 400 km-likdə yerləşən Mar Del Plataya heyət göndəriləcək.
Braziliya, Çili, Uruqvay, Peru, Amerika və Britaniya axtarışlara qatılıb.
ABŞ sualtı xilas komandası ilə bərabər NASA-nın sualtı qayıqların axtarışında istifadə edilən xüsusi təyyarəsini göndərib.
Şənbə günü alınan 7 siqnalın sualtı qayıqdan alınmadı bildirilib.
Hava şəraitinin pisləşməsi axtarış əməliyyatlarını çətinləşdirib. Axtarış bölgəsində küləyin sürəti 74km-saat, dalğaların hündürlüyü isə 8 mertə çatır.
44 ekipaj üzvünü daşıyan sualtı qayıq çərşənbə günü yoxa çıxıb ("Amerikanın səsi").
MilliYol.Az
Digər xəbərlər
loading...