Bu gün Türkiyə prezidenti Ərdoğan nazirlərə 2 saat 10 dəqiqə çəkən qapalı toplantı keçirib
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıdan sonra Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ açıqlama verib.
O, NATO-nun təlimində Atatürkün fotosunun hədəfə qoyulması, Ərdoğanın adına isə saxta hesab açılaraq, saxta məlumatlar yayılması kimi xoşagəlməz hadisəyə toxunaraq, bildirib ki, məsələ toplantıda müzakirə olunub:
"Orada baş verənlər NATO tarixinin ən böyük qalmaqallardan biridir. Açıq formada həddini bilməməkdir, qəbuledilməzdir. Türkiyə qürurlu davranış göstərərək, əsgərlərini geri çəkdi. Baş verənlər Qazi Mustafa Kamal Atatürkə, prezidentimiz Rəcəb Tayyip Ərdoğana qarşı bir hücumdur, 80 milyonluq türk millətinə və dövlətinə açıq hörmətsizlikdir".
Bozdağ bildirib ki, buna yol verən üst vəzifəli şəxslər də cəzalandırılmalıdır: "Sadəcə, 2 nəfərin işdən çıxarılması ilə bu məsələ qapana bilməz. Bizim bu hücumu, alçaqlığı qəbul etməyimiz mümkün deyil".
Hökumət sözçüsü deyib ki, Türkiyə NATO-nun hörmətli bir üzvüdür, bundan sonra da qurumun gücünə güc qatacaq.
ABŞ-da həbsdə saxlanılan iş adamı Rza Zərrab davasına da toxunan Bəkir Bozdağın sözlərinə görə, toplantıda bu məsələ müzakirə edilib: "Rza Zərrab davası Türkiyəyə qarşı açıq bur kompasdır, oyundur. Bu, bir siyasi davadır, hüquqa əsaslanmayan prosesdir. Bu, FETÖ-nün bacara bilmədiyi çevriliş təçəbbüsünün ABŞ məhkəməsi vasitəsi ilə təkrarlanmasına cəhddən başqa bir şey deyil. Zəhərli ağacın meyvəsi də zəhərlidir. Olmayan sənədlər üzərindən əllərində sübutlar varmış kimi davranmağa çalışırlar. Türkiyə ilə İran arasındakı iqtisadi əlaqələrin hamısı beynəlxalq hüquqa uyğun olduğu kimi, bu məsələdə də hər şey hüquqa uyğundur. Türkiyə hüquq dövlətidir, bütün ticarət işlərini bu çərçivədə görürük. Zərrab davasının Türkiyənin iqtisadi əlaqələrinə zərər verməyə hesablandığı çox açıqdır. Ancaq heç kim narahat omasın, Türkiyə yenə də eyni formada iqtisadi sistemini yönləndirəcək. Bundan kimsənin şübhəsi olmasın".
Hökumət sözçüsü bildirib ki, Rza Zərrab ABŞ-da bir girovdur: "İş o yerə çatıb ki, təqsirləndirilən şəxslərə qarşı güclü basqılar qururlar. Onları "bu ifadəni qəbul edərsəniz, bu qədər cəza ilə qurtararsınız. Türkiyəni ittiham edin" kimi əsassız böhtanlara da məcbur etmək istəyirlər. Biz bütün bu oyunları üzə çıxaracağıq…".
Bəkir Bozdağ Rusiyadan alınan S-400 raketləri haqda da açıqlama verib.
Deyib ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün hər vasitədən istifadə edir və bu istiqamətdə də davam edəcək: "Türkiyənin özünü qorumaq hüququ var. Bəzi ölkələr bizə öz pulumuzla silah vermək istəmirlər. Onar bir aya veriləcək silahı bir il qəsdən uzadırlar. Təsəvvür edin, siz öz hava məkanınızı qorumaq üçün NATO-dan silah istəyirsiniz, ancaq vermirlər. Belə də isə Türkiyə öz başının çarəsinə qalar, qalacaq da. Artıq özümüzün müdafiə sənayemizi qurmaqdayıq və bu istiqamətdə sürətlə irəliləməkdəyik".
MilliYol.Az
Digər xəbərlər
loading...