Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan malların həcmi barədə məlumat yayıb
2017-ci ilin ilk 10 ayı ərzindəqeyri-neft sektoru üzrə ixrac 1 milyard 219 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 23 faizdən çox artıb.
Cari ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (243 milyon ABŞ dolları), İsveçrə (115 milyon ABŞ dolları), Gürcüstan (108 milyon ABŞ dolları) və Türkmənistan (48 milyon ABŞ dolları) bölüşür.
2017-ci ilin 10 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri pomidor (tomat) 131.5 milyon ABŞ dolları ilə tutub. İkinci yerdə qızıl (98.5 milyon ABŞ dolları) və üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı (88.6 milyon ABŞ dolları) dayanır.
Müqayisə üçün deyək ki, 2017-ci ilin analoji dövründə qonşu Gürcüstanın ixracının həcmi 1.7 milyard dollar olub. Bu barədə məlumatı Gürsüstanın Statistika İdarəsi verib.
MilliYol.Az
Digər xəbərlər
loading...