F. Uilyam Enqdal
New Eastern Outlook (ABŞ), noyabr, 2017
İndiki anda durum elə görünür ki, sanki Rusiyanın narahat Yaxın Şərqdə üçölüçlü şahmat pattiyasındakı gedişləri Vaşinqtonun müstəqil Kürdüstan yaradılması üzrə planları üçün böyük əngəllər törədib.
İraqın kürd əhalisi İraqın Kərkükdə və civarındakı zəngin neft yataqlarından bəzilərinə nəzarət edəcək müstəqil Kürdüstanın qurulması uğrunda sentyabrda aşkar böyük üstünlüklə səs verib… Dəyişən hadisələrin mərkəzində Rusiya və Rusiyanın “Rosneft” dövlət neft nəhəngi yerləşir. Prezident Məsud Bərzanini və onun Demokratik Kürdüstan Partiyasını (DKP) Qərb üslubunda demokratiya tərəfdarı kimi qələmə verən ABŞ və AB-nin qızğın təbliğatına zidd olaraq Bərzani neftli ərazilər üzərində nəzarəti ələ almaqdan ötrü qədimlərdən 2014-cü ilədək burada yaşamış yezidiləri və xristian assurlarıın amansız etnik təmizləməsini həyata keçirən qəbilə-hərbi başçıdır.
İsrail “Mossad”ının podpolkovniki Suri Saqi 1960-cı ilin axırından başlayaraq Bərzani qəbiləsi və onun hərbi bölməsi peşmərgəyə Səddam Hüseyn idarəçiliyinə qarşı çıxış etmək üçün təlim keçib. Bərzani qəbiləsinin İsraillə əlaqələri bu gün də saxlanır. Məsud Bərzaninin qəbiləsi o vaxtdan bəri qətl və korrupsiyadan istifadə edərək İraqın kürd bölgəsində diktator hakimiyyəti, 2014-cü ildən isə İraq neftinin Türkiyə üzərindən satışına da nəzarət təşkil edib. Bərzaninin mafioz hakimiyyəti elədir ki, onun İraq Kürdüstanının prezidenti kimi müddətinin 2015-ci ildə bitdiyinə və kürd bölgə parlamentinin bu müddəti uzatmaqdan imtina etdiyinə baxmayaraq, parlamentə toplaşmaq və onu formal olaraq vəzifəsindən almağa imkan verməməsi sayəsində hər hansı hüquqi əsaslanma olmadan o vaxtdan bəri başçılıq edir. Məsudun oğlu bölgəsəl təhlükəsizlik şurasına, həmçinin bütün hərbi və mülki kəşfiyyata rəhbərlik edir.
İsrail baş naziri Netanyahunun açıq dəstəyinə malik olan Bərzani dünyanın böyük hissəsinin güclü müqavimətinə baxmayaraq müstəqil kürd dövləti haqda referendum keçirib.
Bu, ABŞ ordusu polkovniki Ralf Pitersin 2006-cı ildə “Armed Forces Journal”-də dərc olunmuş “Qanlı sərhədlər: təkmilləşdirilmiş Yaxın Şərq necə görünəcək” başlıqlı məqaləsinə uyğun olaraq bütün Yaxın Şərqin geopolitik xəritəsində aşan domino daşları üslubunda yenidənqurmanın başlanğıcı olmalıydı.
Britaniyalılar və fransızlar parçalanan Osmanlı imperiyasının neftlə zəngin ərazilərini I dünya savaşında 1916-cı il məxfi Sayks-Piko sazişi ilə bölüşdürəndən bəri kürdlər kimi tanınan etnik qrupun təmsilçiləri İran, İraq, Suriya və Türkiyə sərhədləri arasında bilərəkdən bölünüb. İndi vahid kürd dövlətinin yaradılması bütün bölgəni qarışdırar və onun hüdudlarından kənara çıxardı.
Kürdfləri özünün müxtəlif etnik qrupları arasında problemlər çox böyükdür, eyni zamanda kürd dialektləri arasındakı fərq bəzən ingilis və müasir alman dili arasındakı qədər böyükdür. Siyasi fikfir müxtəliflikləri də xeylidir.
ABŞ və İsrail 23 milyona yaxın əhalisi ilə Böyük Kürdüstanın müjdəçisi kimi İraqda müstəqil kürd dövləti yaratmağa nail olsaydı, bu, İrandan İraqa, Suriyaya, Türkiyəyə qədər bütün bölgəni Pentaqonda neokonların 2003-cü ildə Səddam Hüseynin kütləvi qırğın silahı olduğu haqda saxta dəlillər quraşdırdıqları 2003-cü ildən bəri səbirsizliklə gözlədiyi müharibəyə, böyük bir müharibəyə düçar edərdi.
Qeyd etmək maraqlıdır ki, Kaliforniyanın 2003-cü ildə İraq müharibəsində ABŞ-da ictimai dəstəyin gücləndirilməsi üçün saxta sübutlardan faydalanmaqla Səddama qarşı müharibəyə itələyən savaşyönlü Move America Forwrd (MAF) şirkətini yaratmış Russo Marsh & Rogers piar firması Kərkük neftinin müstəqil Kürdüstanın tərkib hissəsi olmalı olduğu haqda ideyanı ABŞ-da yeridən Bərzani qəbiləsinin də 2005-ci ildən istifadə etdiyi piar firmasıdır.
Bir ay keçdi...
Bir ay keçdi və İraq Kürdüstanı mənzərəsi necə də dəyişildi. Bərzaniyə qarşı çıxış edən güclü kürd qruplaşmasının aşkarca dəstəklədiyi hərbi blitd-əməliyyat zamanı Bağdad ordusu Kərkükü və Bərzani güclərinin 2014-cü ildən qanunsuz işğal etdiyi əsas neft yataqlarını yenidən nəzarətə götürdü. Bu bildirir ki, Bərzani və Təl-Əvivin “müstəqil” Kürdüstana maliyyə açarı – Kərkük və Bəy-Həsən yataqlarından gündə, təxminən, 1,2 milyon barrel hasil edilən neftdən gəlirlər – daha Bərzani mafiyasının əlində deyil.
Bərzani qruplaşması 2014-cü ildə yüz minlərlə etnik yezidini və xristian assurları evlərindən qovaraq neftlə zəngin Kərkük bölgəsini nəzarətə götürəndən sonra Amerikanın neft maraqları Bərzani hakimiyyətini becərməyə yardım edib. Reks Tillerson ExxonMobil şirkətinin rəhbəri kimi Bağadad hökumətinə etinasızlıq edib və 2014-cü ildən sonra Chevron şirkətiylə İraqın kürd bölgəsinə ABŞ-ın neftlə zəngin müstəqil Kürdüstana aşkar hazırlığı çərçivəsində yatırım qoyub. Bərzani qəbiləsi İŞİD-in 2014-cü ildən sonra İraq və Siriyadakı fəthlərinin – əvvəldən Bərzaninin Kərkük neftini ələ keçirmək cəhdinə şərait yaradan fəthləri – hərc-mərcliyi şəraitində neftin sonradan İsrailə satılmaqla Bərzani qəbiləsinə milyardlarla dollar qazandıran türk boru kəmərləri vasitəsilə satışı haqda Türkiyə prezidenti Ərdoğanın ailəsiylə qanunsuz müqavilə bağlayıb. "Jerusalem Post" qəzeti 2015-ci ilin avqustunda xəbər verib ki, İsrailin neft idxalatının 77%-ə qədəri kürdlərin işğal etdiyi Kərkükdən boru kəməriylə Türkiyənin Ceyhan limanına və sonra İsrailin Aşkelon limanına gəlir.
Bərzaninin referendumda müstəqilliyə verilmiş 93% səs haqda hay-küylü bəyanından sonra Türkiyə və İran hökumətləri daxil olmaqla İraq hökuməti də başqaları kimi bildirib ki, bu səsvermə qanunsuzdur. Bağdad dərhal İraq Kürdüstanı bölgəsinəı sanksiyalar tətbiqini qət etdi. Ərdoğan Türkiyəsi kürd müstəqilliyinin Türkiyə kürdlərinə – bu, Suriya və İraqla sərhəddə önəmli azlıqdır – yayılacağından əndişələnərək kürdləri boru kəmərindən təcrid etdi.
Bağdad sonra bu yaxınlarda vəfat edən Cəlal Tələbaninin müxalif Kürdüstan Vətənsevərlər Birliyi (KVB) ilə gizli danışıqlar apardı.KVB referendum ideyasına qarşı çıxış edirdi və əsgərləri Kərkükün böyük qisminə nəzarət edirdilər.
Təzəcə ölmüş Cəlal Tələbaninin oğlu Bafel Tələbani ilə əlbirlikdə Bağdadla saziş bağlandı ki, KVB-nin nəzarət etdiyi peşmərgə qüvvələri şəhərdən sakitcə çıxarılsın, dialoqa yol açılsın və minlərlə insan həyatı xilas edilsin. Tələbani Bərzaninin aydın xəbərdarlıqlara baxmayaraq referendum keçirmək qərarını “çox böyük səhv” adlandırıb.
Məsud Bərzani oktyabrın 29-da bildirib ki, İraq kürdüstanı bölgəsinin (qanunsuz) prezidenti postundan gedir, İsrailin dəstəklədiyi referendumun tam iflasını etiraf edib.
Rusiyanın neft geopolitikası
Son aylarda İraq və Suriyanın kürd bölgələrinin geopolitik energetika məsələsində strateji dönüşünün gerçəkləşməsində az gözədəyən olsa da, mühüm amil Rusiyadır – konkret olaraq Rusiya dövlətinin nəzarət etdiyi “Rosneft” nəhəngidir. “Rosneft”in rəhbəri İraq kürdlərinin sentyabrın 25-dəki refrendumunda səsvermədən dərhal sonra çoxlarını təəccübləndirərək bildirib ki, “Rosneft” İraq Kürdüstanının əsas neft kəməri üzərində nəzarət əldə etməyə razılaşıb, muxtar bölgəyə yatırımları 4 milyard dollara qədər genişləndirib. “Rosneft” boru kəmərinin buraxılış qabiliyətini gündə 950 000 barrelə qədər artırmağı planlaşdırır. Sazişə əsasən, “Rosneft” 60%-lik böyük paya nəzarət edəcək, halbuki qalan səhmlər cari əməliyyatçıya – Ərbildəki kürd KAR Group-a qalacaq. “Rosneft” kürdlərin boru kəmərinə 3,5 milayard dollarlıq yatırıma əlavə olaraq bu il əvəllər büdcə böhranını yumşaltmaq üçün kürd bögəsəl dövlətinə 1,2 milyard dollar borc verərək Rusiyanı İraq Kürdüstanı bölgəsində qeydsiz-şərtsiz ən böyük xarici yatırımçı edib. Həmin gün oktyabrın 19-da, demək olar, bütünlükdə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) Amerika silahı və təliminin ciddi dəstəyi ilə Suriyanın neft və qazla zəngin Deyr-əz-Zor əyalətində gedən müharibə çərçivəsində qazla zəngin yataqları Rusiyanın quru qoşunlarına təhvil verilməsi haqda gözlənilmədən saziş bağlayıb.
Kürd SDQ-nin sentyabrın 23-də İŞİD-dən təzəcə aldığı əl-Təbiyə qaz yataqlarını təhvil verdiyi haqda məlumat göstərir ki, Rusiya həm Suriya və İraqın neft-qaz hadisələrində, həm də kürd məsələsində ikinci dərəcəli roldan da önəmli oyun oynayır. Əvvəllər Amerikanın Conoco şirkətinin idarə etdiyi əl-Təbiyə qaz yatağı gündə 13 milyon kubmetr təbii qaz istehsal etməklə Suriyanın bütün yataqlaırndakından çox məhsuldarlığa malikdir. Almasdar News-un məlumatında deyilir ki, ruslar yataq üzərində nəzarəti Suriya hökumətinə qaytaracaqlar. Bu saziş Rusiya xarici işlər nazirinin müavini, prezidentin Yaxın Şərq üzrə özəl təmsilçisi Mixail Boqdanovla Rojava zonasında qondarma kürd muxtariyyətində şimal şəhəri Qamışlıda kürd və Suriya liderləri ilə məxfi görüşdən sonra baş tutub.
İraq baş naziri Heydər əl-Abadi oktyabrın 25-də Ankarada Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşüb ki, bu da onlarn münasibətlərində önəmli mülayimləşmədir. ABŞ və İsrailin müdafiə etdiyi Bərzaninin Kürdüstanın müstəqilliyi ilə bağlı manevri tamamilə əks effektə səbəb oldu. Və Vaşinqtonun yenə də geopolitik axmaqlığı və neokonların müharibəyə aludəçiliyi buna qədərki geopolitik rəqibləri əməkdaşlığa məcbur etdi ki, bu da hələ üç il öncə təsəvvürə gəlməzdi.
Rusiya geopolitik şahmatı ağılla oynadı. Moskva bilir ki, İraq Kürdüstanının energetika kompleksində “Rosneft”in kozır kartı varsa, kürdlərin nefti Türkiyə üzərindən göndərməkdən savayı seçimi yoxdur. Ərdoğan Suriya üzərində vurulmuş Rusiya təyyarəsinə görə Rusiya ilə münasibətləri bərpa etmək təklifindən iki il qabaq Türkiyə Bəşər Əsəd rejiminə qarşı İŞİD-i maliyyələşdirirdi və məlumatlara görə, elə həmin vaxt Türkiyənin dövlət şirkəti vasitəsilə Suriya neftinin ixracat satışına yardım edirdi. Qətər Suriyada “Müsəlman qardaşlar”, İŞİD və digər sələfi qruplaşmaların maliyyələşməsinə milyardlarla dollar itirib. İndi isə Türkiyə Катар İraq qazı məsələsində “Rosneft” və Rusiyanın dəstəyi ilə Bəşər Əsədin mövqeyinin dayanıqlı qaldığı Dəməşqlə iş görməli olur.
Vaşinqton üçün başqa bir uğursuzluq Qətərlə bağlı hadisələrin inkişafıdır. Vaşinqton və İsrail keçən yay xəpcil səudlara sünni neft dövlətlərindən (üstəgəl İsrail) İrana qarşı yönəlmiş “ərəb NATO-su” yaratmağı təlqin edəndən bəri bu “ərəb NATO-su” ilk addım kimi Fars körfəzi ölkələrinin əməkdaşlığı üzrə Şuradakı keçmiş müttəfiq və “Müsəlman qardaşlar”ı dəstəkləyən Qətərə qarşı iqtisadi embarqo tətbiq edib. Qətər AB-yə ümumi qaz marşrutunun inşası üçün keçmiş qatı düşmən İranla əməkdaşlığa açıq şəkildə can atdığından səudların hücum obyekti seçilib. Qətər indi Səudiyyənin əleyhinə çıxdığı yeni geopolitik ittifaqda İran, Rusiya, Türkiyə və Çinlə birgə işləyir. Özünü İraq və Suriyanın kürd bölgələrinin mərkəzinə qoyan Rusiya Böyük Kürdüstan və NATO-nun nəzarət etdiyi Böyük Yaxın Şərq yaradılması üçün İngiltərə-Amerika planlarına qarşı parlaq siyasi gedişə nail olub.
Şah və mat, Vaşinqton. Siz indicə Yaxın Şərqi itirdiniz…
MilliYol.Az
Digər xəbərlər
loading...