Məlum olduğu kimi, ötən həftə Zimbabve prezidenti Robert Muqabenin 40 illik hakimiyyətinə son verilib
Lakin Afrika qitəsində hələ bir çox uzunömürlü diktator-liderlər qalmaqda davam edir. Bu adamları birləşdirən yeganə cəhət onların əbədi olaraq öz kreslolarında yapışıb qalmalarıdır.
Musavat.com xarici mediaya istinadən Afrikada ən uzun hakimiyyətdə qalan 5 diktatoru təqdim edir:
1. Teodor Obianq Nqema Mbasoq - Ekvatorial Qvineya
Mbasoq 38 ildir hakimiyyətdədir. Bu statistika bu günə qədər Afrikanın uzunömürlü diktatorları içərində rekord müddətlərdən sayılır. Nqema Mbasoq seçkilərin birində hətta təkbaşına namizəd olub. Maraqlıdır ki, bu adam vaxtilə öz diktator əmisini devirərək hakimiyyətə gəlib. 1991-ci ildə o, ölkədə “çoxpartiyalı sistem” də qurubmuş. Mbasoq öz ölkəsində əsl şəxsiyyətə pərəstiş əhval-ruhiyyəsi yarada bilib. Yerli mətbuat onu tanrılaşdırmaqdan çəkinmir.
2. Pol Biya - Kamerun
Biya 35 ildən çoxdur iqtidarını sürdürür. O, Fransanın Sorbonna universitetində təhsil alıb. Güclü natiqlik qabiliyyətinə malikdir. 1982-ci ildə o, prezident Əhmədu Axiconunun hakimiyyətinə son verərək hakimiyyəti götürüb. Bundan sonra o, hər “seçkidə” “rəqiblərinə böyük üstünlüklə qalib gələrək” öz postunu qoruyur. Biyanı hakimiyyətdə saxlayan Kamerunu uzun illər boyu müstəmləkə kimi idarə edən Fransa ilə qurduğu sağlam münasibətlərdir.
3. Deni Sassu-Nqesso,- Konqo
Bu adam da 38 ildir ölkəsini idarə edir. Deni Sassu-Nqesso 1979-cu il inqilabından sonra Joakim Yombi-Opanqonu devirərək prezident vəzifəsini tutub. “Soyuq müahribə” illərində SSRİ-yə olduqca yaxın olsa da, Qərblə əlaqəni itirməyib.
Ən maraqlısı bundan ibarətdir ki, Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra Nqesso ölkədə demokratik islahatlara başlayıb və ölkə tarixində ilk dəfə azad seçkilər keçirib. Həmin seçkilərdə isə müxalifətin namizədinə məğlub olub. Onun rəqibi Paska Lissabone xalqın səsi ilə dövlət başçısı seçilib. Lakin bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxarıb və Deni Sassu Nqesso Anqolanın da verdiyi dəstəklə hakimiyyətə geri dönüb. Ölkədə formal olaraq çoxpartiyalı sistemin fəaliyyət göstərməsinə rəğmən bütün faktiki hakimiyyət məhz onun əlində cəmlənib.
4. Ömər Həsən Əhməd Əl Bəşir- Sudan
Sudan diktatoru 28 ildir ölkəsinin sahibidir. Peşəkar hərbçi olan Əl Bəşir 1989-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirib. Bu hadisə uzun və qanlı keçən münaqişələri özü ilə bərabər gətirib. Bunlardan ən faciəli olanı Darfur yaxınlığında baş verən döyüşdür. Rəsmi rəqəmlərə görə, həmin döyüşlərdə 200 mindən çox insan həlak olub. Bundan başqa, beynəlxalq məhkəmə Əl Bəşiri genosid törətməkdə suçlayıb və onun həbsinə order verib.
5. Yoveri Kaquta Museveni -Uqanda
Uqanda prezidenti 31 ildir iqtidarını təkbaşına sürdürür. Varlı aildən çıxmasına rəğmən marksist düşüncələrə malik Yoveni Uqandanın məşhur diktatoru İdi Amniə qarşı inqilabi mübarizə aparıb. Idi Aminin devrilməsindən sonra ölkə vətəndaş müharibəsinin burulğanına sürüklənib. Yoveri Kaquta Museveni diktator olmasına rəğmən ölkədə insanların iqtisadi həyatını yaxşılaşdıran islahatlarla da tanınır. 2016-cı ildə o, sonuncu seçkilərdə qalib gəlib.
MilliYol.Az
Digər xəbərlər
loading...