"Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik"
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.
O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını bildirib.
"Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...