Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın terror təşkilatı PYD/YPG ilə əməkdaşlıq etməyi tərcih etdiyini və bu səhvini davam etdirdiyini bildirib
Avropa.info xəbər verir ki, Çavuşoğlu Türkiyənin İŞİD ideologiyası ilə mübarizə apardığını, ABŞ-ın isə terror təşkilatı PYD/YPG-ni seçdiyini bildirib:
“ABŞ bu səhvini davam etdirir. Bu seçimin taktiki gediş olduğunu deyirlər, ancaq biz bu iddianı qəbul etmədiyimizi özlərinə dedik. İraqda edilən səhvlərin Suriyada təkrarlandığını görürük. İki ölkənin stabilliyi və gələcəyi üçün bizim üçün vacibdir. Dolayısı ilə burada terror təşkilatları ilə deyil, Suriya xalqı ilə əməkdaşlıq edilməsini və siyasi həlli üçün vacib platformanın olmasını deyirik.
YPG-nin bu günə qədər İŞİD ilə mübarizə apardığı deyilirdi, fəqət gördük ki, YPG əsasən İŞİD ilə mübarizə üçün deyil, buraları ələ keçirmək üçün və bir terror düşərgəsi qurmaq üçün zəhmət çəkir. Bu regionda da İŞİD ilə çox yaxın əməkdaşlıqları var. Bu ortaya çıxdı. ABŞ başda olmaqla koalisiya daxilindəki bəzi ölkələr bunu inkar edə bilmədilər. Dolayısı ilə terror təşkilatları sərf eləyəndə əməkdaşlıq edir, ya atışır, ya da döyüşürlər görüntüsü verirlər”.
Çavuşoğlu ABŞ-ım YPG-yə verdiyi silahları Türkiyəyə qarşı istifadə olunduğunu, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, ABŞ-ın bu siyasətini davam etdirdiyini xatırladıb.
MilliYol.Az
Digər xəbərlər
loading...