ABŞ-da saxlanmış İran əsilli azərbaycanlı biznesmen, eyni zamana Türkiyə vətəndaşlığı daşıyan biznesmen Rza Zərrab noyabrın 16-da məhkəmənin ikinci iclasına gəlməyib
Bu, İranın ABŞ sanksiyalarını pozmasına yardımda suçlanan qızıl ticarətçisinin amerikalı müstəntiqlərlə əməkdaşlıq etməsi barədə spekulyasiyalar yaradıb.
“NBC News” noyabrın 16-da məlumat yayıb ki, Rza Zərrab hazırda Türkiyənin yüksəkçinli məmurlarının iştirakıyla çirkli pulyuma işində amerikalı müstəntiqlərlə əməkdaşlıq edir. NBC “məsəldən xəbərdar” anonim mənbələrə istinadla yazıb ki, Zərrab hazırda ABŞ-da həbsxanada deyil və prokurorlar onu naməlum bir yerdə saxlayırlar.
Bloomberg News da noyabrın 16-da “işlə tanış olan iki nəfərə” istinadla yazıb ki, Zərrab “ABŞ-da saxlanır, ancaq federal həbsxanada deyil. Bəzən təqsirləndirilən şəxs hökumət şahidi olmağa razılaşanda belə şey baş verir”.
Zarrab və vəkilləri noyabrın 16-da ABŞ-da Menhetten məhkəməsində hazırlıq iclasına qatılmayıblar. Onunla birlikdə təqsirləndirilən, Türkiyədə bank rəhbəriolmuş Mehmet Akan Attilanın vəkili deyib ki, Zərrab artıq ikinci hazırlıq iclasıdır ki, gəlmir və görünür, Zərrab daha bu işdə müdafiə olunmur.
Bu o deməkdir ki, əgər Zərrab istintaqla əməkdaşlığa razılaşıbsa kimlərisə ələ verib, yaxud verəcək. Onun İran pullarının Türkiyə üzərindən “yuyulması” əməliyyatı və digər məsələlərlə bağlı bir çox nüfuzlu şəxslərin adlarını çəkə biləcəyi təxmin olunur.
İranın sanksiyalarını necə pozduğunu araşdıracaq məhkəmə noyabrın 27-də başlanmalıdır. NBC əlavə detallar açıqlamasa da, Zərrabın hakimiyyətlə əməkdaşlıq edə biləcəyi versiyasını irəli sürüb. Hazırda ABŞ-ın xüsusi prokuroru Robert Müller Zərrabla bağlı bir məsələni araşdırır – Türkiyə rəsmilərinin Zərrabın buraxılması, eləcə də Fətullah Gülənin deportasiyası üçün keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnə 15 milyon dollar verməyi müzakirə etməsini.
Qeyd edək ki, Türkiyə dəfələrlə Ağ evi Zərrabın işinə müdaxilə etməyə, onu azadlığa buraxmağa çağırıb. ABŞ-ın Nyu York cənub rayonunun prokurorluğundan, eləcə də Zərrabın əsas vəkili Ben Brafmandan açıqlama almaq mümkün olmayıb.
Ötən həftə ABŞ Federal Məhkumlar Bürosu vebsaytında 34 yaşlı Zərrabı noyabrın 8-də həbsxanadan buraxılmış kimi göstərib. Ancaq ABŞ prokurorları bunun səhv olduğunu, Zəarrabın həbsdə qaldığını bildiriblər. Bundan sonra Türkiyə ABŞ-a Zərrabla bağlı sorğu göndərdiyini açıqlayıb. Vaşinqton Ankaraya Zərrabın “tibbi baxımdan yaxşı durumda” olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Zərrabın həbsxanada başqa məhbus tərəfindən bıçaqlandığı, lakin onun xilas edildiyi haqda xəbərlər yayılmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...