"Bir neçə həftədir Brüsseldə keçiriləcək Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsi üzərində danışıqlar aparılır"
Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, zirvə toplantısına hələ bir həftə qalıb və bəyannamə ilə bağlı danışıqlar davam edir: “Bəyannamənin ilkin versiyası ilə çoxdan tanışıq. İşlər gedir. Görüşlər keçirilir. Azərbaycanın mövqeyinin öz əksini tapması üçün çalışırıq”.
Nazir müavini qeyd edib ki, aviasiya sazişi üzərində də işlər davam etdirilir: “Bir-iki məsələ həll olunsa, sazişi sammitdə imzalamaq olmasa da, paraflamaq olar. Bu, Azərbaycan üçün maraqlı sazişdir. Sazişdə insanlar arasında ünsiyyət, gediş-gəliş və sair məsələlər olacaq. Bu, əlbəttə ki yaxşı saziş olmalıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...