Beyləqanda məmur yeni vəzifə almaq üçün Bakıdakı evini satışa çıxarıb
Beyləqan rayon Meliorasiya İdarəsinnin müdiri Məzahir Qanbayev Suvarma Sistemləri İdarəsi müdiri olmaq üçün Bakıdakı evini satışa çıxardıb. Bu barədə AzMedia.infoya daxil olan məlumata görə idarə müdiri artıq Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə anlaşıb.
Beyləqan rayonundan saytımıza daxil olan məlumata görə rayon Meliorasiya İdarəsinin müdiri Məzahir Qanboyev hazırda vakant olan Suvarma Sistemləri İdarəsinə müdir təyinatı almaq istəyir. Hər zaman qaznaclı bir qurum olan Suvarma Sistemləri İdarəsinə müdir təyinatı almaq üçün Məzahir müəllimin dəridən qabıqdan çıxdığı deyilir. Rayon İcra Hakimiyyətindəki mənbəmizin iddiasına görə Məzahir Qanboyev icra başçısı Vaqif Abdullayevlə artıq anlaşıb və bu anlaşma üzərindən Məzahir müəllim Bakı şəhərindəki evini satıqa çıxarıb.
Belə ki, mənbə bildirib ki, ilk öncə başçı ilə görüşən Məzahir Qanboyov ona etimad göstərilməsini xahiş edirb. Öz növbəsində isə Vaqif Abullayev Məzahir Qanboyova istədiyi vəzifənin hesabının gətiliməsini istəyib. Məzahir Qanboyov isə pulun yarsını qabaqcadan, digər yarısını isə vəzifəyə təyinat aldıqdan sonra vermək istayində imiş. Lakin Vaqif Abdullayev bunula razılaşmayıb və başçının təkidindən sonra Məzahir müəllim onun istədiyi hesabı toplamağa başlayıb. Elə bu üzdən də Meliorasiya İdarəsinin müdiri təcili Bakı şəhərindəki evlərinin birini satışa çıxarıb. Bütün bunları isə Məzahir Qanboyev içki məclisində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdən dostlanını yanıda giley-güzar edərkən dilə gətirib.
Qeyd edək ki, Məzahir Qanboyov uzun illərdir ki, Əhməd Əhmədzadənin nəzarıtində olan qurumda çalışır və Beyləqanda korrupsioner məmur ldaraq ad çıxarıb. Hazırda Məzahir müəllim Meliorasiya İdarəsinin texnikalarını özəl sahibkarlıq təsərrüfatlarına icarəyə verməklə böyük qazanc əldə edir. Onun Bakıda və Beyləqanda bir çox obyektlərinin və evlərinin olduğu bildirilir. Bütün bu sərvəti isə idarə müdirnin dövlətdən oğurladığı vəsaitlər hesabına qazandığı Beyləqanda heç kimdə şübhə doğurmur.
MilliYol.Az
Digər xəbərlər
loading...