Ermənistan hökuməti İsrailə "erməni soyqırımının" tanınması üçün müraciət edib
Beynəlxalq münasibətlər üzrə ekspert Piter M. Tas bu məsələ ilə bağlı “Eurasia Diary”nin suallarını cavablandırıb. Cənab Piterin sözlərinə görə, ermənilər soyqırımı özlərindən uydurub: “Ermənistan hakimiyyəti qəddar və xüsusi bir cinsə mənsubdur. Erməni “soyqırımı”nın 100 illiyini tanıyan bu hökumətin gözü kordur. Qondarma erməni “soyqırımı" Birinci Dünya müharibəsi zamanı baş verib”.
Onun sözlərinə görə, erməni xalqının müharibə zamanı baş verən döyüşlər zamanı soyqırımla üzləşməsi saxta məlumatdır: “Avropada bir çox millətlər məsələn, italyanlar, albanlar, serblər, yunanlar, rumınlar, ruslar, almanlar, ingilislər və fransızlar da çox sayda insan itkisi vermişdi. Məhz bu səbəbdən, erməni “soyqırımı”nın mövcüd olmadığını düşünürəm."
Piter M. Tas qeyd edir ki, ermənilər 1912-13 illərdə I Dünya müharibəsində baş vermiş Balkan döyüşlərində xeyli sayda itki vermiş albanlar kimi I Dünya müharibəsinin qurbanı olub: “Bu regional münaqişə deyildi. Bu I Dünya müharibəsi idi. Bu zaman Avropada və bütün dünyadakı vəziyyəti nəzərə alaraq, "erməni soyqırımı”nın mövcüd olmadığını bildirirəm”.
O, həmçinin, Avropa və dünya mediyasında yayılmış qondarma soyqırım haqda yalnış məlumatların erməni lobbisi və hakimiyyətinin bu xəbərləri mailliyyəşdirilməsi nəticəsində yayıldığını bildirib:
“Əgər bu soyqırımdırsa, ermənilərin albanlara qarşı 7-ci əsrdə törətdikləri cinayətlər ilk etnik təmizləmə hesab edilməlidir. Əgər bu soyqırımdırsa, may ayının 18-də Quba adlanan şəhərdə 4500 dən artıq azərbaycanlıların öldürülməsi də soyqırım hesab edilməlidir. Bu o deməkdir ki, biz ikili standart dünyasında yaşayırıq və dürüstlük sözü yaxın zamanlarda lüğətdən çıxarılacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...