234-cü maddənin yumşaldılması narkotik asılılığından əziyyət çəkən imkanlı övladlarını da “qoruyacaq”
Azərbaycanda cəza çəkənlərin əgər yarısı deyilsə də, xeyli hissəsi narkotiklə əlaqəli tutulanlardır. Türmələrdə məhbusların “milli maddə” adlandırdıqları CM-in 234.1-ci - (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə) bir müddət əvvəl bir qədər “yumşaldılıb”. Hümanistləşdirilən təkcə “milli maddə” deyil. Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərlə bağlı təkliflər paketi təqdim edilib və oktyabrın 20-də qanun lahiyəsi təsdiqlənib. CM-ə təklif edilən dəyişiklər çoxdur, bir qismi cinayət məsuliyyətindən və cəzadan azad olunmaya aiddir.
Belə dəyişikliklərdən biri də “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətdən azad etmə” adlanır. Yeni 74-1-ci maddəyə görə, CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma) maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirləri tətbiq edilir.
Yəni satış məqsədi olmadan narkotikdən şəxsi istehlak üçünistifadə edən şəxs hüquq mühafizə orqanı əməkdaşı tərəfindən saxlanıldığı halda həbsə deyil, məcburi müalicəyə göndəriləcək. Şəxs tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edilərək məhkəmə tərəfindən cinayət məsuliyyətdən azad olunacaq. Qanunvericiliyin bu sahədə liberallaşdırılmasının vacibliyi barədə illərlə müzakirələr aparılıb. CM-ə edilən əlavə bu istiqamətdə ilk addımlardan biridir. Narkomaniyanın sosial, iqtisadi və digər səbəbləri var. Mövcüd dəyişikliklər bu bəlanın kökünü kəsmək üçün yetərli deyil. Belə fikirlər də var ki, varlı uşaqlarının azadlıqdan məhrum edilmələrinin qarşısının alınmasına da müəyyən mənada xidmət edir.
2010-ci ildə narkoman məmur övladları haqda “Qaçqınkom” sədri, eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri Əli Həsənovun açıqlaması da olmuşdu.
O dövrdə böyük rezonans doğurmuş açıqlamadan sitat:
“Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır”.
Ucuz olmayan, kasıb balasının ala bilməyəcəyi narkotiklərin alıcıları varlıların övladlarıdır.
Deməli, dəyişikliklərdən də ilk növbədə varlı uşaqları yararlanacağı haqda fikirlər də əbəs deyil.
Tanınmış vəkil Əsabəli Mustafayev CM-nə, xüsusilə də 234.1 maddasəinə dəyişiklikləri müsbət qiymətləndirənlərdəndir.
Image result for Tanınmış vəkil Əsabəli Mustafayev
Ə.Mustafayev deyir ki, əhalinin hansı kateqoriyasını əhatə etməsindən asılı olmayaraq mövcud dəyişikliklər narkotik aslılığı xəstəlindən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırır və müalicə olunmasına yol açır: “Biz vəkillər, həkimləd həmişə demişik ki, əgər şəxs narkomandırsa, bu xəstəlikdən əziyyət çəkirsə, belə bir şəxsi xəbsxana əvəzinə müalicəyə göndərmək daha məqsədəmüvafiqdir. Narkomanı həbsxanaya göndərməklə onun vəziyyəti daha da pisləşir. Özü də narkomaların həbsdə saxlanması digər məhbuslara da neqativ təsir göstərir. Narkomaniya psixoloji cəhətdən keçicidir. Belə şəxsləri müalicə etmək lazımdır. Dəri zöhrəvi, QİÇS xəstəliyinə tutulan şəxslər həbsə göndərilmədiyi kimi narkomaniyadan əziyyət çəkənləri də həbsə göndərmək düzgün deyil. Xəstə müalicə olunmalıdır. Xəstəni cəzalandırmaq xəstəliyin müalicəsi demək deyil. Narkomanları müalicə edib cəmiyyətə göndərmək lazımdır”.
Ə.Mustafayev deyir ki, mövcud dəyişikliklələ nəzərdə tutulur ki, narkotikdən istifadə edən şəxs ilk dəfə saxlanılırsa, müalicəyə göndərilir. Vəkil bildirir ki, belə şəxslər qanunun verdiyi şansdan sui-istifadə edəcəklərsə, 2 dəfə eyni əmələ görə real həbsə göndəriləcəklər. Ə.Mustafayev hesab edir ki, qanun bir qədər də humanistləşdirilməlidir: “Yəqin ki, hazırda qanunun tətbiqindən sonra durum təhlil olunacaq və görülsə ki, qanunun bu şəkildə tətbiqi real nəticələr verdi, mümkündür ki, gələcəkdə yenə də CM-ə dəyişikliklər olacaq. 2-ci dəfə narkotikə qurşananlara da bu şans veriləcək”.
Qeyd edək ki, prezidentin cinayət qanunvericiliyinə təklif etdiyi çoxsaylı dəyişikliklər Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsini əhatə edib. Konkret olaraq, Cinayət Prosessual Məcəlləsinin 25-dən, Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən çox dəyişiklik Milli Məclis tərəfindən təsdiqlənib. Ümumən dəyişiklilklərin əksəriyyəti normaldır, cəzaların yüngülləşdirilməsinə xidmət etdiyi haqda fikirlər var.
MilliYol.Az
Digər xəbərlər
loading...