İstanbulun Atatürk hava limanındakı teraktın təşkilatçısı əslən Çeçenistandan olan Əhməd Çatayev Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan xüsusi xidmət orqanlarının agenti olub.
Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və milli təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili deyib.
“Təəssüf ki, Əhməd Çatayev Saakaşvili dönəmində xüsusi xidmət orqanlarının agenti olub və Gürcüstanın operativ pasportunu daşıyıb. O məhz həmin pasportla müxəlif ölkələrə gedərək orada xüsusi tapşırıqları icra edib və buna görə maaş alıb”, - deyə Sesiaşvili vurğulayıb.
Virtualaz.org xatırladır ki, hazırda Odessanın qubernatoru olan M.Saakaşvili isə teraktdan dərhal sonra İstanbul terrorunda Gürcüstan hakimiyyətini ittiham etmişdi. O öz facebook səhifəsində yazmışdı ki, Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb: “Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu”.
MilliYol.Az
Digər xəbərlər
loading...