Zimbabvenın prezidenti Robert Muqabe istefaya getmək təklifini qəbul etməyib
Trend-in məlumatına görə, bu barədə ölkə təhlükəsizlik qüvvələri xarici KİV-ə məlumat veriblər.
Məlumata görə, R.Muqabe ilə hazırda ölkədə vəziyyətə nəzarət edən hərbçilər arasında danışıqlarda vasitəçi rolunu katolik keşiş Fidelis Mukonori öz üzərinə götürüb.
R.Muqabe seçki keçirilmədən postunu tərk etməyəcəyini bəyan edib.
Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...