Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıblar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən virtualaz.org-a bildirilib ki, Azərbaycan 176 dövləti özündə birləşdirən reytinqdə 65-ci yeri tutmaqla Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Gürcüstan və Ermənistan həmin reytinqdə müvafiq olaraq 74-cü və 75-ci yerləri tutublar.
Belarus 32-ci, Rusiya 45-ci, Qazaxıstan 52-ci və Moldova 59-cu, Ukrayna 79-cu, Özbəkistan 95-ci və Qırğızıstan 109-cu yerlərdə qərarlaşıblar.
BTİ-nin yeni hesabatı internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir.
Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir.
Hazırda dünyada hər bir 100 insana mobil genişzolaqlı rabitə üzrə 50-dən çox abunə düşür. Bu, internet və onlayn xidmətlərə çıxışı xeyli dərəcədə genişləndirməyə imkan verib.
MilliYol.Az
Digər xəbərlər
loading...