“Talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhhəti ilə bağlı yazılanlara cavab verib.
Mer özü Modern.az-ın redaksiyası ilə əlaqə saxlayaraq, səhhətində heç bir problem olmadığını bildirib:
“Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm.
Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.
Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov bunları deyib:
“Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq. Sizə də yüksək səviyyədə xoşbəxt həyat, sağlamlıq, ürəyinizdə olanların çin olmasını arzulayıram”.
MilliYol.Az
Digər xəbərlər
loading...