Bu gecə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Qaraməryəm-İsmayıllı-Qəbələ yolunda “Mercedes” markalı avtomobilin yüksək sürətlə aşması və bir neçə dəfə yuvarlanması məlum olub.
Bildirilir ki, Vəndam kəndindən olan 1984-cü il təvəllüdlü Asim Alıyev həmkəndliləri və kiçik qardaşı Rasimlə yaşadıqları Qəbələnin Vəndam kəndindən İsmayıllıya yola düşüblər. Onlar İsmayıllıda yeyib-içdikdən sonra gecə saatlarında kəndə qayıdıblar. Yolda avtomobildə olan şəxslərdən Rəşad Əkbərov avtomobildən düşüb. O, A.Alıyevə maşını içkili halda yüksk sürətlə sürdüyünü bildirib və ölmək istəmədiyini deyərək düşərək uzaqlaşıb. Bir qədər sonra taksi ilə yoluna davam edən R.Əkbərov yoldaşlarının dəhşətli qəzaya düşdüyünü və onlardan üçünün öldüyünü görüb. Avtomobildə olan şəxslərdən yalnız sürücünün 27 yaşlı qardaşı Rasim Alıyev sağ qalıb ki, o da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzada ölən şəxslərdən Elbrus Həlimov evin tək oğlu olub və hələ ailə qurmayıbmış. Asim Alıyev və Uğur Mürsəlov isə ailəli olub və azyaşlı övladları qalıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...