Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur
Bunu ATƏT-in Avstriya nümayəndəliyindən deyiblər.
Qeyd olunur ki, ATƏT müvafiq müzakirələrin keçirilməsi üçün başlıca platformadır: “Biz oktyabrın 16-sı Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü diqqətlə izləmişik. Bundan sonra biz müsbət dinamikanı müşahidə edirik. Avstriya nümayəndəliyi ümid edir ki, bu istiqamətdə bərpa olunan fəaliyyət münaqişənin dinc yolla həlli üçün konkret addımlarla müşayiət olunacaq. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur və indi tərəflərin müvafiq qərar qəbul etmək növbəsidir. ATƏT həmsədrləri bu prosesə yalnız kömək göstərə bilərlər”.
ATƏT-in Avstriya nümayəndəliyindən bildiriblər ki, Cenevrə görüşündən sonra bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir: “2016-cı ildə Vyana və Sankt-Peterburq sammitləri zamanı etimadın möhkəmləndirilməsi üzrə konkret təkliflər verilmişdi. Bunların arasında ATƏT-in hazırkı sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi yer almışdı. Prinsip etibarilə, Ermənistan və Azərbaycan prezidentləri bu təkliflə razılaşmışdı”.
Bundan başqa vurğulanıb ki, ATƏT-in Avstriya nümayəndəliyi sülhün əldə olunmasına yönələn səyləri dəstəkləməyə hazırdır.(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...