Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” adlı toplantıda “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin son ictimai müzakirəsi keçirilir
APA-nın məlumatına görə, MM-in İnsan hüquqları komitəsinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıya vətəndaş cəmiyyəti nümayəndələri də qatılıb.
MM-in sədr müavini Bahar Muradova bildirib ki, layihənin müəllifi “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyidir. O, layihənin hazırlanmasında dünya ölkələrinin təcrübəsindən, beynəlxalq hüququn prinsiplərindən, eləcə də Respublika Hərb i Prokurorluğunun məlumatlarından yararlandıqlarını deyib: “Qanun layihəsinin hazırlanmasında məqsəd nəinki Azərbaycan, bütün dünyada beynəlxalq cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək və beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək, beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Layihənin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb. Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük”.
Müzakirələr davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...