Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəliləyəcək
Apasport.az saytının məlumatına görə, buna milli komandaların iştirakı ilə dünən keçirilən görüşlər səbəb olub.
Noyabra təsadüf edən “pəncərə”də heç bir qarşılaşmaya çıxmayan yığmamız oynamadan əmsalını artırıb. Oktyabrda açıqlanan cədvəldə hesabında 272 xal olan komandamızın qazancı 9 xaldı. Yəni yeni cədvəldə aktivimizdə 281 xal olacaq.
Bu, gələn həftə açıqlanacaq siyahıda komandamızın irəliləməsi üçün yetərli olmasa da, Tacikistan – Yəmən qarşılaşması millimizin işinə yarayıb. Belə ki, Asiya kubokunun seçmə oyunu qolsuz nəticələnib.
Bu üzdən də ötən ay 112-ci olan Yəmən itki ilə üzləşib. Xal hesabı 297-dən 268-ə enən asiyalılar millimizdən geri düşüb. Tacikistanın evdə uduzmaması isə komandamızın irəliləməsinə kömək olub. Çünki yəmənlilər qalib gəlsəydi, aktivi 323-ə bərabər olacaqdı. Amma onların itirdiyi 19 xal millimizi 114-cü yerə daşıyacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...