İŞİD Suriya və İraqdakı dayaqlarını itirdikdən sonra terror təşkilatının üzvləri ölkələrinə dönməyə başlayıb
"Qaynarinfo" xəbər verir ki, 146 ölkədən olan 5400 İŞİD-çinin geri dönməsi dünya üçün böyük təhdidə çevirilib.
Bildirilir ki, Suriya və İraqda müharibə görmüş, "ixtisaslaşmış" bu terrorçuların canlı bomba olmaq, avtomobil və soyuq silahlarla hücumlarda iştirak etmək ehtimalı yüksəkdir.
Artıq bir çox ölkə antiterror əməliyyatlarını gücləndirib. Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri olan Türkiyənin hüquq-mühafizə orqanları noyabr ayının 12 günü ərzində ölkənin müxtəlif bölgələrində keçirdiyi əməliyyatlar nəticəsində 349 İŞİD-çi saxlanılıb. Yanvar ayından bu yana keçirilən əməliyyatlar zamanı isə 3982 nəfər tutulub. Şübhəlilərdən 10-u polisə müqavimət göstərdiyi üçün cavab atəşi ilə məhv edilib. Tutulan terrorçulardan çox sayda silah-sursat və partlayıcılar götürülüb. Bu əməliyyatlar nəticəsində ticarət mərkəzində bomba ilə saxlanılan İŞİD-çi də olub, qanlı terror aktları hazırlığında olan terrorçular da.
Amma bütün bunlar terrorun qarşısını almaq üçün kifayət etməyib. Yerli kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanları ölkənin yeni terro təhdidi ilə üz-üzə olduğunu bildirir.
Suriya və İraqdakı əraziləri itirən qondarma "İslam dövləti"nin əli qanlı terrorçuları dünyanın hər tərəfinə yayılmağa başlayıb. ABŞ və Avropa başda olmaqla bir çox ölkədə canlı bombaların özlərini partlatması, avtomobillərin insanları üzərinə sürülməsi, bıçaqla hücumlar terrorçuların dünyaya yayılmasının göstəricisidi. Təxminən 5400 terrorçunun geri dönməyə hazırlaşması 146 dövlətin öz vətəndaşı olan İŞİD-çilərlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub.
Suriya və İraqda fəaliyyət göstərən İŞİD-in sıralarına ən çox döyüşçü göndərən ölkə Rusiya olub. Rəsmi məlumatlara görə, şimal qonşumuzun 3417 vətəndaşı terror təşkilatının sıralarına qoşulub. Bu siyahıda Səudiyyə Ərəbistanı ikinci yeri tutur - 3244. İordaniyadan 3000, Tunisdən 2926, Fransadan 1910 nəfər İŞİD-ə qoşulub. İŞİD üçün döyüşçü göndərən ölkələr siyahısında ilk "beşliy"ə daxil olmayan Türkiyə Suriya və İraqdan terrorçuların döndüyü ölkələrin siyahısında 900 əcnəbi terrorçu ilə birinci yeri tutur. Bütün bu rəqəmlər "Soufan Center"in yayımladığı hesabatda öz əksini tapıb. Ötən ayın sonunda yayımlanan hesabatda diqqəti çəkən daha bir rəqəm isə dünyanın 146 ölkəsi öz vətəndaşı olan 53 min 781 İŞİD şübhəlisinin ad-soyadını Türkiyəyə təqdim etməsidi.
"Soufan Center"in açıqladığı məlumatlara görə, son 2 ildə 5400-dən İŞİD üzvü vətəndaşı olduqları 33 ölkəyə dönüb. İŞİD-ə terrorçu verən ölkələr siyahısında "beşliy"ə düşməyən Türkiyə geri dönən terrorçuların hədəfinə çevirilib. Xüsusən də Avropa və Orta Asiyadan olan terrorçular Türkiyəni hədəf alıb. "Soufan Center" bu rəqəmi 900 nəfər göstərsə də, qardaş ölkənin kəşfiyyat qurumları vəziyyətin daha acınacaqlı olduğunu bildirir. İŞİD Türkiyədə 2016-cı ildə Atatürk hava limanındakı partlayış daxil olmaqla 22, 2017-ci ildə 17 terror aktı törədib.
Azərbaycan da İŞİD-ə ən çox terrorçunun qoşulduğu ölkələrdən biridir. Bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Azərbaycandan 900 nəfərin İŞİD sıralarına qoşulduğunu açıqlamışdı. DTX rəisi bildirmişdi ki, bunlardan 300-ü öldürülüb, 85 nəfəri həbsdədir.
Son aylarda DTX İŞİD üzvü olan terrorçulara qarşı bir neçə əməliyyat keçirib və terrorçular məhv edilib. Son belə əməliyyat ötən sonunda keçirilib. Məlumat üçün bildirək ki, bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan ərazisində terror aktları planlaşdırdıqları barədə DTX-ya daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Müəyyən edilib ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir”i seçiblər. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, "Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...