Donald Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan və ya yalnış bəyanətlər verib
"Report"un məlumatına görə, bu barədə "The Washington Post" yazıb.
Noyabrın 14-dək D.Tramp prezident postunda 298 gün keçirib, beləliklə, o, orta hesabla gündə 5,5 yalan ifadə verib.
Bildirilir ki, əgər bu tendensiya saxlanılsa, ilin sonuna qədər Tramp təxminən 2 min yalançı bəyanət verəcək, prezidentlik müddətinin (dörd il) sonuna isə bu rəqəm 8 min təşkil edəcək.
Qəzet Donald Trampın yenilənən bəyanətlər bazasını çap edib və onların həqiqiliyini yoxlayıb. Bu mətbuat orqanının hesablamalarına görə, prezident daha çox ABŞ-da işsizliyin səviyyəsi, vergi, fond bazarı və Obamacare səhiyyə proqramından danışarkən səhvlər buraxır.
MilliYol.Az
Digər xəbərlər
loading...