Rusiya və Belarus NATO-nun aktivliyi ilə üz-üzədir
Bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanovla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
“Kalininqrad Rusiya üçün yad deyil. Belarus bu vilayətə görə məsuliyyət daşıyır. Biz yad insanlar deyilik və vahid vətənimiz var. Biz Rusiya və Belarusu sərhədlə bölmürük, çalışırıq ki, ümumi bir şey yaradaq. Onun adını “İttifaq dövləti” qoymuşuq. Belarus və Rusiya NATO-nun aktivliyi ilə üz-üzə qalıb. Qərbdə Moskva və Minski sevmirlər. Buna görə də Rusiya və Belarus öz maraqlarını qorumalıdırlar. İki xalqın maraqları üst-üstə düşür”, – deyə o bildirib/Axar.az.
MilliYol.Az
Digər xəbərlər
loading...