İranın Azərbaycandakı səfirliyində İslam Respublikasında baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə elan edilən matəmlə əlaqədar dövlət bayrağı endirilib
Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Xatırladaq ki, bazar ertəsinə keçən gecə İran-İraq sərhədi yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət təqribən 450 nəfərin həlak olması, 7 mindən çox adamın yaralanması ilə nəticələnib.
Diplomatik missiyadan bildirilib ki, səfirlikdə xatirə kitabının açılması nəzərdə tutulmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...