Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya çıxıb
Publika.az xəbər verir ki, şahzadə Fələstin liderindən ABŞ-ın Orta Şərq sülh planını qəbul etməsini tələb edib.
Bu barədə İngiltərədə yayımlanan “Times” qəzeti məqalə yayımlayıb. Məqalədə Mahmud Abbasın bir həftə öncə paytaxt Riyada səfəri zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşnerin rəhbərliyi ilə hazırlanan sülh planının gündəm olduğu bildirilib. Bu zaman Şahzadə M.Abbasa “Tramp planı açıqlayan zaman amerikalılar nə təklif edərsə, onu qəbul et, ya da istefanı ver” deyib.
Qeyd edək ki, M.Abbasdan bir həftə öncə Cerard Kuşner Riyada sürpriz səfər etmişdi. Onun vəliəhdlə söhbətləşməsi gecə saatlarına qədər davam etmişdi. İkili İsrail-Fələstin probleminə daimi həll yolu tapmaq üçün Orta Şərq sülh planına dair müzakirələr aparmışdı.
Körfəz ölkələri Fələstinə xəyanət etdikləri imicini yaratmadan İsrail ilə birlikdə İrana qarşı daha yaxşı bir koordinasiya təmin etək üçün sülh planının həyata keçirilməsini istəyir. Səudiyyə Ərəbistanını isə Həmas və Hizbullahın daha sıx bağlantı quraraq Livandakı Fələstin düşərgələrinin nəzarətini tamamilə ələ keçirməsini istəmir.
MilliYol.Az
Digər xəbərlər
loading...