Bakı şəhər Prokurorluğu Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, məlum yol-nəqliyyat hadisəsinin “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır: “Belə ki, noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Vəliyev Abbas Əli oğlu idarə etdiyi “Toyoto Parado” markalı, 90-XX-747 dövlət nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, bəzi KİV-də məlum qəza hadisəsinin məmur oğlu tərəfindən “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə məlumatlar yayılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...