“Gözəl cin” filminin çəkilişi üçün Tehranda olan türk aktrisa Nurgül Yeşilçay da İran-İraq sərhədində baş vermiş zəlzələnin dəhşətindən danışıb
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa zəlzələ vaxtı oteldə olduğunu deyib:
“Çəkilişdən yenicə qayıtmışdım. Otağımda dincəlirdim. Qəfil zəlzələ oldu, silkələnmə başladı. Dərhal otelin qəbul şöbəsinə zəng etdim. “Qorxulu heç nə yoxdur” dedilər. Çox şükür, yaxşıyam. Çəkilişləri bitirmədən qayıtmayacağam”.
Qeyd edək ki, İran-İraq sərhədindəki zəlzələ nəticəsində 400-dən çox insan dünyasını dəyişib.
MilliYol.Az
Digər xəbərlər
loading...