Əfqanıstanda "Taliban" döyüşçülərinin hücumu nəticəsində 22 hərbçi həlak olub, 15-i yaralanıb
APA-nın "Tolo News" telekanalına istinadən verdiyi məlumata görə, noyabrın 13-də axşam saatlarında Qəndahar əyalətində hərbçilərlə "talibançılar" arasında atışma baş verib.
Yerli polis məlumat verir ki, atışma iki saat çəksə də, bu, son illər "Taliban"ın həyata keçirdiyi ən irimiqyaslı hücum əməliyyatı olub.
Əfqanıstan hərbçiləri 40 "Taliban" döyüşçüsünü məhv edib, 35 yaraqlı isə yaralanıb.
Hökumət qüvvələri arasında itkilərin sayı dəqiqləşdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...