Azərbaycanda da minlərlə tamaşaçısı olan Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialında maliyyə böhran yaşanır. Anspress-in məlumatına görə, reytinqlər yüksək olmadığı üçün serialın qazancı azalıb. Bu isə pul çatışmazlığı deməkdir.
İkinci problem isə yeni kanalla bağlıdır. "Kurtlar Vadisi"nin mövsüm finalı hələ keçirilmədən yeni yayım dönəmində yenə "Kanal D"də ekrana gələcəyi gündəmə gəlmişdi. Ancaq bu məsələ ilə bağlı ciddi bir böhranın olduğu ortaya çıxıb. Kanal ilə “Pana Film” hələ müqavilə bağlaya bilməyib.
Buna səbəb "Kanal D"nin aktyor Halid Ergençin də rol alacağı 1918-ci ildə baş verən hadisələrdən bəhs edən “Vətən Xaini” serialını cümə günü yayımlanmasını istəməsidir.
“Kurtlar Vadisi” isə 13 ildir eyni gün və eyni saatda yayımlandığı üçün “Pana Film” gün dəyişikliyi barədə güzəştə getmək niyyətində deyil.
Bu böhranları aradan qaldırmaq üçün "Kurtlar Vadisi"nin B planı yenə kanal dəyişdirmək ola bilər. Serialın keçmiş kanalı ATV-yə keçməsi isə qeyri-mümkün hesab edilir. Bunun səbəbi isə "Kurtlar Vadisi"nin Polad Alemdar obrazını canlandıran Necati Şaşmazın soyuq münasibətdə olduğu qardaşı Raci Şaşmazın "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının ATV-də yayımlanmasıdır.
“Pana Film”in yeni bir kanalla anlaşacağı, yoxsa "Kanal D"nin şərtlərini qəbul edəcəyi maraq mövzusu olaraq qalır.
"Kurtlar Vadisi" serialının efir həyatı 2003-cü ildən başlayıb. Serial Türkiyədəki mafiya fəaliyyətləri və dövlət-mafiya əlaqələri əsasında çəkilib. Azərbaycan tamaşaçısı serialla ANS-də tanış olub.
Dünya gündəmində olan bir sıra siyasi proseslər də serialda öz əksini tapır. Serial yayıma başlayandan dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda böyük tamaşaçı kütləsi qazanıb.
Bundan sonra filmin "Kurtlar Vadisi terror", "Kurtlar Vadisi İraq", "Kurtlar Vadisi Fələstin"kimi bölümləri də lentə alınıb. Hazırda serial "Kurtlar vadisi Pusu" adı ilə yayımlanır.
MilliYol.Az
Digər xəbərlər
loading...