Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva “Səhər- səhər” verilişində maraqlı açıqlama verib
Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, valideynləri onu beşinci sinifdə oxuyanda qohumu ilə nişanlayıb:
“Uşaq idim,məni beşinci sinifdə nişanladılar. 5 il nişanlı qaldım. Çox yaxşı, sakit və mehriban biri idi. İndi də əlaqəmiz yaxşıdır onunla. Birinci evliliyim alınmadı, əmim oğlu idi, onu istəmirdim. Mənə çəkinəcəyim insan lazim idi. Sonra onu yenidən evləndirdik.
Qızım dünyaya gəldi. Onun 1 yaşı olanda ikinci həyat yoldaşımla görüşdüm. Beləcə, evləndik. Nə istəyirdim edirdi. Çox qısqanc idi, deyirdi, məndən icazəsiz anan evinə də getmə. İkinci ərim qışda dənizdə çimirdi, böyrəkləri işləmədi. Dünyasını dəyişib. Ondan sonra ailə qurmadım”
MilliYol.Az
Digər xəbərlər
loading...