Futbolçu Kriştiano Ronaldo dördüncü dəfə ata olub
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, futbolçunun model sevgilisi Corcina Rodriqezin qızı dünyaya gəlib. Bu barədə xəstəxanadan foto paylaşan Ronaldo sosial şəbəkədə məlumat yayıb:
“Alana Martina dünyaya gəldi! Corcina da, Alana da özünü yaxşı hiss edir. Biz çox xoşbəxtik!”.
Qeyd edək ki, doğuşdan bir neçə saat sonra Ronaldo bu mühüm hadisəni qeyd etmək üçün Corcinanı Madrid restoranlarından birinə yeməyə aparıb.
Xatırladaq ki, futbolçunun surroqat ana vasitəsilə dünyaya gəlmiş 7 yaşlı Ronaldo-balaca adlı oğlu, 5 aylıq Eva və Mateo adlı əkizləri var.
MilliYol.Az
Digər xəbərlər
loading...