Rusiyanın Türkiyəyə qarşı turizm yasağını qaldırmasından sonra qardaş ölkəyə olan maraq birdən-birə artıb. MilliYol.Az xəbər verir ki, qadağa ləğv olunan kimi bir çox turist agentlikləri tur biletlərinin satışına start verib.
Rusiyanın "Komsomiolets" qəzeti yazıb ki, Putinin "yasaq qalxdı" sözündən dərhal sonra ilk tur qrupları Antalyaya uçub.
Rusların tur paketlərini araşdırdığı "Yandex.Travel" saytında yasaq səbəbindən olduqcu geriləyən Türkiyə 24 saat ərzində böyük fərqlə birinci pilləyə yüksəlib. Tur operatorlarının Türkiyəyə paket təklifləri 3 gün ərzində 4 dəfə artıb. Dünən axşam bu say 500 olub.
Qiymətlərə gəlincə, dünən Bakı vaxtı ilə saat 20.00-a olan məlumatlara görə, Türkiyə 7 günlük tur səyahətinin (hər şey daxil) qiyməti 40 min rubl (təxminən 900 manat) olub. Bu rəqəm Krım üçün 35, Soçi üçün 37 min rubla bərabərdir.
Qeyd edək ki, son 6 ayda Rusiyadan Türkiyəyə yollanan turistlərin sayı 87 faiz azalmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...