"ABŞ prezidenti Donald Trampın siyasəti dünyada nəhəng qeyri-stabilliyə səbəb olub"
Bu bəyanatla Almaniya xarici işlər naziri Ziqmar Qabriel yerli ZDF telekanalında çıxış edib. O, ABŞ prezidentini İkinci Dünya müharibəsindən sonra formalaşmış Amerika siyasi ənənələrinə cavab verə biləcək xarici siyasət gündəliyinə malik olmamaqda təqsirləndirib: “Donald Tramp hər bir ölkə ilə ayrılıqda ikitərəfli əməkdaşlıq qurur, müvəqqəti razılaşmalar imzalayır, lakin bu əsnada formalaşmış ümumdünya düzənini unudur. Biz hazırda elə bir vəziyyət yaşayırıq ki, “Böyük İyirmilik” və ya “Böyük Yeddilik” deyil, daha çox “Böyük ikilik”dən danışmaq lazım olur”.
Nazirin fikrincə, bu da dünyada nəhəng qeyri-stabilliyə gətirib çıxarır.
MilliYol.Az
Digər xəbərlər
loading...