Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində saxlanılıb
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur.
Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.
Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...